Azərbaycanda 2023-cü ilin noyabr ayında yaradılmış “Mojo Az” MMC bank olmayan kredit təşkilatı (BOKT) bazara daxil olmaqdan imtina edib.
Məlumata əsasən, BOKT-un nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş yeni tələbə – 1 milyon manat məbləğinə cavab verməyib. Bu səbəbdən şirkətin kapitalı 300 min manatdan 100 manata endirilib. Nəticədə Azərbaycan Mərkəzi Bankı tərəfindən ona BOKT lisenziyasının verilməsi mümkünsüz olub.
Qeyd edək ki, “Mojo Az” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, ev 58, mənzil 19-dur. Şirkətin qanuni təmsilçisi isə Ruslan Zaməddin oğlu Köçərlidir.