Moldova nümayəndə heyəti Məşğulluq filialında yeni konsepsiyanın tətbiqi mexanizmi ilə tanış olub

Moldova Respublikasının Sosial Sığorta üzrə Milli Kassanın direktoru Yelena Tibirnanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında olub.

Agentliyin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov qonaqlara qurumun fəaliyyət istiqamətləri, görülən işlər, yeni konsepsiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verib, həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, fəaliyyətin əsas istiqaməti əmək bazarının təhlili və buna uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün doğru məşğulluq tədbirlərinin icrası olduğunu vurğulayıb.

Görüşdə həmçinin əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Media nümayəndələri üçün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş təlim keçirilib

“AzerGold” QSC-də qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar keçirilib