Moldova sosial sığorta və sosial təminat sahəsində Azərbaycanın təcrübəsini tətbiq etməkdə maraqlıdır

Moldovanın Milli Sosial Sığorta Kassasının (MSSK) dəvəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti həmin ölkədə səfərdə olub. 

Fondun sədr müavini Zəka Mirzəyevin  MSSK-nin rəhbəri Yelena Tsıbırne ilə görüşündə ölkəmizdə sosial sığorta və sosial təminat sahəsində son illərdə aparılan islahatlar bardə məlumat verilib. Bu sahədə innovativ yeniliklər, əhaliyə elektron infrastruktur üzərindən göstərilən proaktiv xidmətlər, sığorta-pensiya sistemi, ümumən sosial təminat sahəsi üzrə qarşıda duran prioritet hədəflər diqqətə çatdırılıb.

Y.Tsıbırne əhalinin sosial sığortası və sosial ödənişlərlə təmin edilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsini Moldovada tətbiq etməkdə maraqlı olduqlarını bildirib. 
DSMF nümayəndə heyətinin üzvləri Azərbaycanın sosial sığorta, pensiya təminatı sistemi, ümumən sosial ödənişlərin təyinatına dair təqdimatlar ediblər. Sosial sığorta və pensiya təminatı sahəsində Azərbaycan təcrübəsinə dair suallar cavablandırılıb.

Səfər çərçivəsində Fondun nümayəndə heyəti Moldovanın Orhey şəhərində Milli Kassanın yerli bölməsində vətəndaş qəbulu və müraciətlərin emalı prosesi ilə də tanış olublar. Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı