Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moldovada Azərbaycanın sosial sahədə çağrı mərkəzi təcrübəsi öyrənilir - BBN

Moldovada Azərbaycanın sosial sahədə çağrı mərkəzi təcrübəsi öyrənilir

Azərbaycanın sosial sahədə vətəndaşlara çağrı mərkəzi üzərindən xidmət göstərilməsi təcrübəsi Moldovada öyrənilir. Bu məqsədlə Moldovanın Milli Sosial Sığorta Kassasının, DOST Agentliyi və DOST Çağrı Mərkəzi 142-nin nümayəndələrinin iştirakı ilə görüşü keçirilib. Onlayn formada baş tutan görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Azər Əliyev, DOST Çağrı Mərkəzi 142-nin direktoru Bəxtiyar Məmmədov, DOST Agentliyinin Hüquq departamentinin müdiri Azər Rəhimov, DOST Çağrı Mərkəzi 142-nin Xidmətlərin təşkili və təkmilləşdirilməsi departamentinin, Xidmətlərin monitorinqi şöbəsinin baş mütəxəssisi Azər Süleymanov, Moldovanın Milli Sosial Sığorta Kassasından Natalia Smundeac və Cristina Roşca iştirak ediblər.

Görüşdə Çağrı Mərkəzinin təşkili ilə bağlı DOST təcrübəsinin öyrənilməsi məqsədilə Moldova tərəfinin daha öncə ünvanladığı suallara uyğun təqdimat hazırlanaraq iştirakçılara nümayiş etdirilib.

Görüşdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı