Home » Moldovanın Baş nazirinin müavini “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Moldovanın Baş nazirinin müavini “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Moldova tərəfindən həmsədri Andrey Spinu “Bakı KOB evi”ndə olub. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Baş nazirin müavini Andrey Spinuya KOB evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, KOB evi konsepsiyasının mahiyyəti sahibkarlara göstərilən xidmətləri vahid məkanda toplamaqla biznes subyektlərinin vaxtına və əməliyyat xərclərinə qənaət etməkdir. 2023-cü ilin yanvar ayında istifadəyə verilmiş “Bakı KOB evi”ndəki xidmətlədən artıq 1200-dən çox sahibkar faydalanıb. 

Andrey Spinu “Bakı KOB evi”nin fəaliyyətindən məmnunluğunu ifadə edib, bunun sahibkarlara xidmət sahəsində əhəmiyyətli model olduğunu bildirib. 

Sonra Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. Görüşdə KOBİA-nın Moldovanın müvafiq qurumları ilə sahibkarlıq sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Hər iki ölkənin biznesləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək təşəbbüslərin dəstəkləndiyi ifadə edilib, bu məqsədlə birgə platformanın yaradılması imkanları, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, iş adamlarının iştirakı ilə birgə layihələrin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Görüş Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov və Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenkonun iştirakı ilə keçirilib. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.