Home » Monitorinqlər zamanı 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub

Monitorinqlər zamanı 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı 11 mindən çox ölçmə vasitəsi yoxlamaya cəlb olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət idarə, müəssisə və təşkilatlarında metroloji nəzarət tədbirləri davam etdirilir. Belə ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azərişıq” ASC, “Azərsu” ASC, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin (cihaz, avadanlıq, alət və qurğuların) metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər həyata keçirilir.

Həmin qurumların nümayəndələrinin də iştirakı ilə keçirilən monitorinqlər nəticəsində ümumilikdə “Azərişıq” ASC-nin tabeliyində olan 2 müəssisədə 12 ölçmə vasitəsi, “Azərsu” ASC-nin tabeliyində olan 7 müəssisədə 259 ölçmə vasitəsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 16 sınaq laboratoriyasında 516 ölçmə vasitəsi, “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan 5 müəssisədə 165 ölçmə vasitəsi, “Bakı Metropoliteni” QSC-də 6713 ölçmə vasitəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan 59 müəssisədə 3481 ölçmə vasitəsi yoxlamaya cəlb olunub.

Hazırda Dövlət Xidməti tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan müəssisələrdə istifadə olunan ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində monitorinqlərə başlanılıb, “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan müəssisələrdə isə monitorinqlər davam etdirilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.