“MONYO” tətbiqi NETTY 2022 müsabiqəsində ilin ən yaxşı tətbiqi seçilib

Monyo Məhdud Məsuliyyətli Cəmiyyətinin “MONYO” tətbiqi NETTY 2022 müsabiqəsində “İNFORMASİYA VƏ XƏBƏRLƏR” nominasiyası üzrə 2022-ci ilin ən yaxşı tətbiqi seçilmişdir.

Azərbaycanın Restoran Portalı “MONYO” mobil tətbiqi  2 oktyabr 2022-ci il tarixində Deirvlon Technologies şirkətinin təşkilatçılığı, Monyo MMC-nin məhsulu olaraq yerli tətbiq istifadəyə verilib.

“Monyo” tətbiqi vasitəsilə istənilən restoran və xidmətləri ilə tanış olmaq mümkündür.

Tətbiq daxilində: restoranın menyusuna, orqanizasiyalarına, kampaniyalarına, endirimli məhsullarına baxmaq, rezervasiya etmək mümkündür.

Platformanın yaradılmasında əsas məqsəd ölkəmizdə restoran sahəsində olan boşluğun aradan qaldırılması, bu sahədə olan narazılıqların həlli yolunun tapılması, restoranların daha yaxşı xidmət göstərə bilməsini təmin etməkdir. Hotel və restoran qiymətlərində sərbəst bazar şəraiti mövcud olduğuna görə insanlar onlara münasib yerləri tapmaqda çətinlik çəkirdilər.

Tətbiq birbaşa hotel və restoran biznesinin inkişafına xidmət edir ki, bu da dövlətimiz üçün vacib prioritetlərdən biridir.

Qeyd etmək lazımdır ki, “MONYO” tətbiqi KOBİA- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təsdiqlənmiş və 14 oktyabr 2022-ci ildə KOBİA tərəfindən tətbiqə “Startup Şəhadətnaməsi” verilmişdir.

Tətbiq Android və İos platformalarında mövcuddur.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı