Home » “Moody’s”: Azərbaycan banklarının Orta Dəhlizin uzunmüddətli maliyyələşdirilməsində iştirakı məhduddur

“Moody’s”: Azərbaycan banklarının Orta Dəhlizin uzunmüddətli maliyyələşdirilməsində iştirakı məhduddur

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan, Qazaxıstan və Gürcüstanın kommersiya banklarının Orta Dəhlizin maliyyələşdirilməsində birbaşa iştirakı məhdud olacaq. Bununla belə, onlar layihə nəticəsində iqtisadi fəallığın artımından əhəmiyyətli fayda əldə edəcəklər.

“Moody’s”in hesabatına görə, əsas maliyyələşdirmə dövlətlər, dövlət müəssisələri, beynəlxalq maliyyə institutları və özəl investorlar hesabına həyata keçiriləcək. Bankların isə əsasən logistika, sindikatlaşdırılmış kreditlər və əlaqəli infrastrukturun maliyyələşdirilməsində dolayı iştirakı gözlənilir.

Agentlik bildirir ki, Azərbaycan banklarının resurslarının təxminən 90 %-i, Qazaxıstan banklarının isə 80 %-i qısamüddətlidir ki, bu da uzunmüddətli kredit imkanlarını məhdudlaşdırır. Gürcüstan banklarında isə beynəlxalq maliyyə institutlarının dəstəyi ilə daha çox uzunmüddətli resurs mövcuddur.

Proqnozlara əsasən, Orta Dəhlizin inkişafı region ölkələrində korporativ və KOB seqmentlərinin güclənməsinə, pərakəndə kreditləşmənin artmasına və bank sistemlərinin dayanıqlığının yüksəlməsinə gətirib çıxaracaq.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.