Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi - BBN

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqini yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın reytinq proqnozlarını yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək b3-dən b2-də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə B1 səviyyəsində saxlanıb. Bankın beynəlxalq reytinqləri ilə bağlı daha ətraflı məlumatları buradan əldə etmək olar.

Moody’s analitiklərinin Bankın reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir. Kredit ödəmə qabiliyyəti reytinqinin bir pillə irəliləməsində isə Bankın yüksək gəlirliliyi və kapital adekvatlığı səviyyəsi mühüm rol oynayıb. Bu, Agentlik ekspertlərinin şərhində də xüsusi vurğulanır. Qeyd edilir ki, pandemiya şəraitinin iqtisadiyyat üçün yaratdığı çətinliklərə baxmayaraq Bank yüksək gəlirliliyini və kapital mövqeyini qoruya bilib. Bankın kapital adekvatlığı əmsalı hazırda tənzimləyicinin müəyyən etdiyi normadan bir neçə dəfə çox – 33.3% səviyyəsindədir. Bu da gələcəkdə yarana biləcək hər hansı risklərin qarşısının alınmasına imkan yaradır.

Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada qısamüddətli depozit reytinqinin B1 səviyyəsində olması da Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody’s Azərbaycan Beynəlxalq Bankının depozit reytinqinə hökumət dəstəyini də yüksək səviyyədə dəyərləndirir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı