Moody’s beynəlxalq reytinq agentliyi “Bank
Respublika”nın reytinqi üzrə proqnozunu “stabil” dən “pozitiv”
ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici
valyutadakı uzunmüddətli depozit reytinqini “B3” səviyyəsində təsdiqləyib.
Moody’s analitikləri “pozitiv” proqnozun bankın kapital
adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks
etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da
yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
“Moody’s
agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin
maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi,
Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə
ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin
keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.
Xüsusilə qeyd etmək istərdim ki, qeyd
olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən
kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta
sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil
edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini
artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət
və rahat servis göstərməyə davam edəcəyik”, deyə “Bank Respublika”nın Müşahidə
Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.