Morgan Stanley: “FES bu il faizləri artırmaya bilər”

“Morgan Stanley” iqtisadçıları Ellen Zentner, Robert Rosener və Michel Dilmanian birgə verdikləri hesabata əsasən, son dövrdə ABŞ iqtisadiyyatının göstəriciləri, Federal Ehtiyatlar Sistemin (FES) rəhbəri Janet Yellenin proqnozlarının əksinə faiz artımı üçün olduqca “cılız”dır.

Onların fikrincə, FES-in faizləri artırması üçün məqam hələ ki, çatmayıb. Həm əmək bazarındakı qeyri-sabitlik, həm də inflyasiyanın gözlənilən səviyyəyə çatmaması FES rəhbərliyini faizləri artırmağa imkan vermir.

Analitiklər yaxın müddətdə ABŞ iqtisadiyyatında ressessiyanın baş verməyəcəyini, amma 12 aylıq müddətdə bu halın baş verməsi üçün risklərin artdığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır