Morgan Stanleydən faizlə bağlı açıqlama

ABŞ-ın maliyyə xidmətləri şirkəti Morgan Stanley, ABŞ Mərkəzi Bankının (FES) 2018-ci ilə qədər faiz artırmayacağını nəzərdə tutduğunu bildirib.

Morgan Stanley-in “ABŞ İqtisadiyyatının Yay Görünüşü” adlı hesabatında, Amerika iqtisadiyyatındakı naməlumluqlar və qlobal iqtisadiyyatdakı risklər səbəbiylə, FES-in bu il və gələn il faiz artırımı etməyəcəyinin təxmin edildiyi ifadə edilib.

Hesabatda, ABŞ və dünyada iqtisadi artımın dəstəklənilməsi üçün maliyyə şərtlərinin (faizlərin) “neytral” və ya “iqtisadi artımla uyğun” vəziyyətdə olmasının lazımlılığına diqqət çəkilib, bunun reallaşa bilməsi üçün “FES-in sahənin xaricində qalması lazımdır” ifadəsi istifadə edilib.

ABŞ iqtisadiyyatının yavaşladığına və inflyasiyanın hələ FES-in 2%-lik hədəfindən aşağı olduğuna işarə edilən hesabatda, “İnflyasiya ilə əlaqədar gözləntilər “dik” şəkildə düşdü. Bu şərtlər altında FES-in siyasətini müəyyən edənlərə yeni faiz artımlarının lazımlı olduğu qənaətini verəcək bir şey varmı?” sualına “Xeyr” cavabı verilib.

Hesabatda, söz mövzusu səbəblərə görə, Morgan Stanley, FES-in bu il bir, gələcək il də iki dəfə faiz artırımı edəcəyi barədə proqnozunu ləğv edib.

Təxminən 10 il fasilədən sonra keçən ilin Dekabr ayında faizləri ilk dəfə artıran FES, bu il faizləri hələ yüksəltməyib. FES-in növbəti faiz qərarı gələn çərşənbə günü iyul yığıncağının ardından açıqlanacaq.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır