Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Müəssisəniz “yaşıl idarəetmə” tələblərinə uyğundurmu? - BBN

Müəssisəniz “yaşıl idarəetmə” tələblərinə uyğundurmu?

İstehsal və emal sahəsində fəaliyyət göstərən müəssisələr üçün resurs səmərəliliyinin və qənaətli istehsalın ölçülməsinə dəstək məqsədilə özünüqiymətləndirmə platforması yaradılıb. Bu platforma vasitəsilə müəssisələr fəaliyyətlərinin ətraf mühitə təsirini, su və enerji istifadəsinin səmərəliliyini, tullantıların “yaşıl idarəetməsi”ni onlayn formada qiymətləndirə bilərlər. Müəssisə tərəfindən platformaya daxil edilən məlumatlar əsasında qabaqcıl beynəlxalq təcrübəyə uyğun metodologiya ilə müəssisənin səmərəliliyi ölçülür və təkmilləşdirilməsi üçün zəruri tövsiyələr verilir.

Platforma Avropa İttifaqının “EU4Envinroment” proqramı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təşəbbüsü ilə yaradılıb.

Müəssisələr aşağıdakı linkə daxil olmaqla resurs səmərəliliyi və qənaətli istehsal üzrə özünü qiymətləndirə bilər: https://yb.smb.gov.az

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı