Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Müflis bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək - BBN

Müflis bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək

Müflis elan edilmiş bankın aktivləri onun kreditorları arasında yeni növbəlilik qaydasında bölüşdürüləcək.

Bu məsələ Milli Məclisin noyabrın 15-də keçirilən iclasında müzakirəyə çıxarılan “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən, bu halda dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər ödəniləcək.

Qanuna edilən dəyişiklik müflis bankın dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödəməli olduğu vergi və digər məcburi ödənişlərin heç bir müddət məhdudiyyəti tətbiq edilmədən tam məbləğdə ödənilməsini nəzərdə tutur.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC

Related posts

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABŞ bankları üçün böyük dönüş: yeni Basel qaydaları kapital tələblərini azalda bilər

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı