Murad Süleymanov: “PAŞA Bank özəl banklar arasında aktivlərinə və cəmi kapitalına görə ikinci yeri tutur”

“PAŞA Bank”ın 2022-ci ilin yarımillik maliyyə göstəricilərinə, əsasən I dərəcəli kapitalın adekvatlıq əmsalı 14.4% olub, məcmu kapitalın adekvatlq əmsalı isə 14.2% təşkil etmişdir”.

BBN.az xəbər verir ki, bu haqda bu gün PAŞA Bankın təşkil etdiyi mətbuat konfransında Bankın idarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, 2022-ci il ilin yarımillik prudensial göstəricilərinə, əsasən Bank ölkə üzrə özəl banklar arasında aktivlərinə və cəmi kapitalına görə ikinci yeri tutur.

O, qeyd edib ki, hazırda Bankın Türkiyə törəmə şirkəti olan “PAŞA Yatırım Bankası” A.Ş.-də 60 nəfər əməkdaşı vardır və fəaliyyətində daha çox investisiya bankçılığı sahəsinə fokslanmışdır: “Bankın Gürcüstan törəmə şirkəti olan PAŞA Bank Georgia isə 300 nəfər əməkdaşı ilə fəaliyyət göstərməkdədir.

Murad Süleymanovun sözlərinə, əsasən “PAŞA Bank Georgia” pərakəndə bankçılıq sahəsinə fokuslanıb və bankda bu istiqaməti genişləndirməyi planlaşdırırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır