Musk-dan xAI texnologiyasında yeni addım

X sosial media platformasındakı yazısında Musk, xAI-ın seçilmiş qrupa “ilk süni intellektini” təqdim edəcəyini bildirib.

BBN.az xəbər verir ki, sözügedən şirkətin texnologiyası ilə əlaqədar Musk, “Bəzi vacib aspektlərdə bu, hazırda mövcud olan ən yaxşısıdır”, – deyə bildirib.

Muskın yeni süni intellekt şirkəti xAI iyul ayında təsis edilib. Şirkətin saytında verilən açıqlamada, xAI-ın məqsədinin “kainatın əsl mahiyyətini anlamaq” olduğu qeyd edilib. Açıqlamada, xAI komandasının Tesla və SpaceX-in baş direktoru Musk tərəfindən idarə edildiyi və komanda üzvlərinin əvvəllər DeepMind, OpenAI, Google Research, Microsoft Research, Tesla və Toronto Universitetində çalışdıqları bildirilib.

Açıqlamada, komandanın süni intellekt sahəsində ən çox istifadə edilən üsullardan bəzilərinə töhfə verdiyi, yenilikçi texnika və təhlillər təqdim etdiyi və bu sahədə ən böyük ixtiraların inkişafına rəhbərlik etdiyi bildirilib.

Related posts

TikTok qadağaların dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Google 20 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı