Musk: Tesla gələn il insanabənzər robotlardan istifadə edəcək

Tesla gələn il insanabənzər robotlardan istifadə edəcək.

BBN.az bu barədə Elon Musk’ın X hesabındakı paylaşımına istinadən xəbər verir.

“Tesla gələn il daxili istifadə üçün az istehsalda həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq və onların 2026-cı ildə digər şirkətlər üçün yüksək istehsalda olacağına ümid edirik”, -deyə Elon Musk bildirib.

Musk aprel ayında bildirmişdi ki, Optimus adlı Tesla robotu bu ilin sonunda fabrikdə işləyə bilər və 2025-ci ilin sonuna qədər satışa hazır ola bilər.

İnsanabənzər robot Optimusun prototipi 2022-ci ildə təqdim edilib.

Related posts

“MyGov”un kommunal sektorda istifadəsi genişləndirilir

Azərbaycanda süni intellekt üzrə dövlət standartları hazırlanacaq

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq