Müştərilər ABŞ-ın banklarının birindən 100 milyard dollar geri çəkiblər

2023-cü ilin ilk 3 ayında müştərilər ABŞ-ın “First Republic Bank”ından ümumilikdə 100 milyard dollar, yaxud 80 milyard funt sterlinq geri çəkiblər. Buna qlobal bank sisteminin vəziyyəti ilə bağlı məsələ səbəb olub. 

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, ABŞ bankından deyilib ki, dekabrdan yuxarıda qeyd edilən tarixə qədər depozitlərin həcmi 40%-dən çox enib. Bir çox bankların iflas etməsi, əlbəttə ki, özü ilə birgə sektorda böhran qorxularını yüksəltmişdi.    

Bankın baş maliyyə rəhbəri Neal Holland qeyd edib ki, “Martda bir çox bankların bağlanması və digərlərinə oxşar təhlükədən dolayı “First Republic Bank” gözlənilməz depozit geri çəkilmələrinin şahidi olub”. 

Qeyd edək ki, ötən ay bir çox böyük banklar “First Republic Bank”a 30 milyard dollar dəyərində maliyyə ayırmışdılar, buna da bankın bağlanması ilə bağlı qorxuların artması səbəb olmuşdu. 

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı