Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 12%-ə yaxın artıb

2023-cü il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 min nəfər və ya 0,3 faiz artaraq 1725,5 min nəfər olub.

BBN.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə onlardan 894,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 831,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,3 faizi tikinti, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2023-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Related posts

Sahibkarlarla növbəti maarifləndirici görüş Xankəndi şəhərində keçirilib

“Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı