Muzdla işləyənlərin əmək haqqı 7% artıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artaraq 494,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır