Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“mygov” istifadəçilərinin sayı 5 milyonu keçib - BBN

“mygov” istifadəçilərinin sayı 5 milyonu keçib

Ötən il “mygov” platformasının istifadəçilərinin sayı 5 milyon nəfəri ötüb.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) illik fəaliyyətinə dair mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, platforma vasitəsilə istifadəçilər gündəlik əsasda digər informasiya sistemlərinə və resurslara keçid edə bilir. “mygov” üzərindən istifadəçi adları və şifrələrin təhlükəsizliyinin təmin olunması diqqətdə saxlanılıb, vətəndaşlar üçün iki faktorlu autentifikasiya alətləri müvafiq kanallara inteqrasiya edilib.

Fərid Osmanov qeyd edib ki, rəqəmsal və kağızsız hökumət konsepsiyası çərçivəsində dövlət qurumları arasında yazışmalar artıq tam elektron formada həyata keçirilir və bu proses 100 % rəqəmsal sistem üzərindən təmin olunur.

Bildirilib ki, hesabat dövründə rəqəmsal sənəd dövriyyəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılıb. “mygov” platformasına inteqrasiya nəticəsində vətəndaşların dövlət qurumlarına rəsmi məktub göndərməsi və cavab məktublarını əldə etməsi mümkün olub. Eyni zamanda, rəqəmsal sənəd dövriyyəsi sisteminə biznes subyektlərinin inteqrasiyasına başlanılıb. Artıq 17 universitet və təhsil müəssisəsi, eləcə də 16 biznes subyekti dövlət qurumları ilə yazışmaları tam kağızsız formata keçirib.

İRİA rəhbərinin sözlərinə görə, ötən dövrdə rəqəmsal sənəd dövriyyəsi sisteminə 1 300-dən artıq qurum qoşulub, 31 milyondan çox səhifəyə qənaət edilib ki, bu da təxminən 5 700 ağacın qorunması deməkdir. Qeyd olunub ki, bu təşəbbüs yaşıl cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirilən uğurlu layihələrdən biridir.

Related posts

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

İRİA ötən il innovasiya ekosisteminin inkişafı üzrə 5 istiqamətdə fəaliyyət göstərib

Ötən il 429 internet resursuna girişi məhdudlaşdırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı