Nəqliyyat tıxacına Çindən inanılmaz həll yolu!

Artan əhali sayının nəqliyyatda yaratdığı tıxacı aradan qaldırmaq üçün Çin hava qatarı istehsal edib.

Bir neçə gün öncə artıq xidmət göstərməyə başlayan qatar havada hərəkət etməsi və istifadə etdiyi enerji baxımından dünyada bir ilkdir.

1,4 kilometr uzunluğunda olan qatar 100 nəfər sərnişin daşımaq gücünə malikdir və sürəti saatda 60 kilometrdir.

Dizaynında yalnız ağ və qara rənglərdən istifadə olunması Çin üçün böyük önəm daşıyan pandaların rənginə əsaslanmışdır.

1aylıq yoxlama müddətindən sonra artıq xidmət göstərməyə başlayan qatar elektrik enerjisi əvəzinə litium batereyaları ilə işləyir.

Bu batereyalar vasitəsilə qatar 4 saat aralıqsız fəaliyyət göstərə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır