Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nağdsız əməliyyatlar üzrə istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği artırılıb - BBN

Nağdsız əməliyyatlar üzrə istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği artırılıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edib. Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “ƏDV geri al” layihəsi ilə bağlıdır. 2020-ci ildən ölkədə tətbiq olunan “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib. Bu dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılmasıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş digər bir dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı