“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair rəy və təkliflərə baxılıb

25 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında (ABA) “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqinə dair üzvlərin rəy və təkliflərinə baxılıb.

İclasda Maliyyə Bazarlarına Nəzarət Palatasının və  ABA-ya üzv təşkilatların nümayəndələri,  ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov və “ÇPY qarşı mübarizə və komplayns” üzrə  Ekspert Qrupunun sədri Anar Kərimov iştirak edib.

Görüşdə iştirakçılar “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi ilə əlaqədar banklarda həyata keçiriləcək prosedurların dəqiqləşdirilməsi istiqamətində müzakirələr aparılıb. Sonda standardlaşdırılacaq addımların müştərilərə xidmət göstərən bank əməkdaşlarına təqdim edilməsinə qərar verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır