“Nağdsız ödəyən qazanır!” layihəsi çərçivəsində 3500 nəfərə pulsuz plastik bank kartları və stikerləri təqdim edilib

Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr – 7 noyabr tarixlərində keçirilən “Nağdsız ödəyən qazanır!” adlı stimullaşdırıcı kampaniya başa çatıb.

Layihə müddətində Hesab.az istifadəçilərinə 11 bank tərəfindən 3500-ə yaxın pulsuz plastik bank kartları və stikerləri təqdim edilmişdir.

Xatırladaq ki, lahiyə çərçivəsində Hesab.az ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə “Dərhal dəyiş” bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında əldə etmə şansı verilmişdir.

Layihənin tərəfdaşları “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC,  “NBC Bank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC, “VTB Bank (Azərbaycan) ASC və “Turanbank” ASC olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır