“Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniyası keçiriləcək

Nağdsız ödəyən qazanır!

Artıq Hesab.az-dakı bonuslarınızı bank kartlarına dəyişə biləcəksiniz!

 “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və “Qoldenpay” ASC-nin birgə təşkilatçılığı ilə 31 oktyabr – 7 noyabr tarixlərində “Nağdsız ödəyən qazanır!” adlıstimullaşdırıcı kampaniya keçiriləcəkdir.

Lahiyə çərçivəsində Hesab.az ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə “Dərhal dəyiş” bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kart və stikerləri əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim ediləcəkdir.

Kampaniyadan yararlanmaq istəyən istifadəçilər əgər hesab.az istifadəçisi deyilsə, hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirməklə bonuslar toplamalıdırlar. Daha sonra öz hesablarındakı bonusları “Dərhal dəyiş” bölməsində 10000-30000 bonus dəyərində olan plastik karta və stikerə dəyişə bilərlər.

Layihənin tərəfdaşları “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC,  “NBC Bank” ASC, “Xalq Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” ASC, “VTB Bank (Azərbaycan) ASC və “Turanbank” ASC-dir.

Tələsin! – bu imkanlar yalnız noyabr ayının 7-nə qədər keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır