Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol! - BBN

Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!

Azərbaycan Beynəlxalq Bankı COVID-19 pandemiyası ilə bağlı elan edilmiş karantin dövründə nağdsız ödənişlərə, alış-verişlərin evdən çıxmadan onlayn qaydada aparılmasına marağın artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Bank bu məqsədlə özünün yeni “Qayğı” proqramını təqdim edib.

Proqram çərçivəsində aprelin 4-dən ayın sonuna kimi bankın əməkhaqqı və pensiya kartları ilə onlayn qaydada və ya POS terminallar vasitəsilə aparılan hər ödənişə görə müştərilər 2% kəşbək qazanacaqlar. Qazanılmış kəşbəkin 1%-i müştərinin kart hesabına qayıdacaq. Qalan 1% isə ianə şəklində Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək. Bu barədə daha ətraflı buradan öyrənmək olar.

Azərbaycan Beynəlxalq Bankı karantin rejiminin tələblərini nəzərə alaraq müştərilərə evdən çıxmadan market və apteklərdən sifarişlərini kartla onlayn qaydada həyata keçirməyi tövsiyə edir. Nağdsız ödənişlər dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmaq baxımından da əhəmiyyətlidir. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı