Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Narahatlıqlara rəğmən Avropada təbii qazın qiymətləri enib - BBN

Narahatlıqlara rəğmən Avropada təbii qazın qiymətləri enib

Bu gün səhər Avropada (Almaniya və Böyük Britaniya) təbii qazın qiymətləri Avstraliyada LNG qazı istehsalçı zavodlarda tətillərin baş vermə qorxularına və Norveç-dən təchizatın azalmasına rəğmən zəif tələbdən dolayı enib. 

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, Almaniya oktyabr müqavilələri üzrə qiymətlər hər meqavatt saata görə 0.50 avro enərək 33.20 avroya çatıb. Britaniya bazarında oktyabr müqavilələri üzrə qiymətlər isə 1.03 penni enib. Nəşr yazır ki, ancaq hələ də alternativ tədarükçülər tapılmayıb və Avropanın təbii qaz təchizatı ilə bağlı yeni müqavilələr yoxdur.  

Qeyd edək ki, rəsmi rəqəmlərə əsasən Avropanın təbii qaz ehtiyatı 93%-dən çoxdur. Eyni zamanda əlavə edilir ki, Avropada yüksək temperaturdan dolayı tələb aşağı enib.

Related posts

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!

Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı