Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nardaranda əmək yarmarkası keçirildi - BBN

Nardaranda əmək yarmarkası keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində işsiz və işaxtaranlar üçünəmək yarmarkası keçirilib.

Aktiv məşğulluq tədbirində 53 müəssisədən 450 vakansiya təqdim edilib. İşsiz və işaxtaran vətəndaşlara bu vakant iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığına, ödənişli ictimai işlərə, özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə bu ilin yanvar ayından başlanılıb və artıq 16 rayonda yarmarka keçirilib. İl ərzində ümumilikdə 58 şəhər və rayon üzrə 100 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub .

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı