Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək

Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib.

Biznes forumda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib.

İğdır valisi Ənvər Ünlü Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyini, biznes forumun İgdırda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Türkiyənin İğdır bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının bir sıra konkret sahələr üzrə birgə layihələrin həyata keçirilməsini təklif edib.

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verildildiyi, bu qərarın ticarət əlqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır