Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq fərmanı ilə MR Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.
İdarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin 7 rayon vergilər idarə və şöbələri ləğv edilməklə, onların bazasında 3 Ərazi vergilər idarəsi yaradılıb, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunub.
Vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar operativ qaydada  zəruri informasiya ilə təmin edilməsi, vergilərin ödənilməsi sahəsində könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin işçi sayı 18 ştat vahidi artırılıb ki, onların da 17-si vergi ödəyicilərinə xidmət strukturları üçün nəzərdə tutulub.
Bununla yanaşı, vətəndaş məmnunluğuna nail olunması, məlumatlandırma və maarifləndirmə işlərinin günün tələbləri səviyyəsinə yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı