Naxçıvan Muxtar Respublikasında “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən  maliyyələşən layihə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunacaqdır.

Layihənin məqsədi Naxçıvan MR-da yaşayan 60 aztəminatlı qadını, o cümlədən sağlamlıq imkanları məhdud qadınları lazım olan bilik və sərmayə kapitalı ilə təchiz etməklə, onlar üçün özünüməşğulluq imkanları yaratmaqdır.

Bu məqsədə nail olmaq üçün AMFA Maliyyə Savadlılığı üzrə “Gələcəyini Planlaşdır!” təlimlərini, Biznesin Planlaşdırılması üzrə “Sahibkar Ol!” təlimlərini həyata keçirəcək, uğurlu biznes plan tərtib edən  qadınları öz bizneslərinə başlamaq və ya mövcud bizneslərini genişləndirmək üçün sərmayə kapitalı ilə təchiz edəcək. Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Şahbuz rayonlarında yaşayan biznes ideyası olan aztəminatlı qadınlar Naxçıvan MR AQUPDK-nın dəstəyi ilə layihəyə cəlb olunacaqlar. 

Layihə 2022-ci ilin dekabrın sonuna kimi davam edəcəkdir.

 Əlavə məlumat üçün əlaqə:

Xanım Jalə Hacıyeva, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı Direktoru

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı