Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı Nazirlər Kabinetində iclas keçirilib - BBN

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı Nazirlər Kabinetində iclas keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı iclas keçirilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinləri və digər məsul şəxslərin iştirak etdiyi iclasda Dövlət Proqramının 2023-cü il üzrə monitorinqinə və 2024-cü ildə yerinə yetirilmiş işlərin cari vəziyyətinə dair hesabatlar təqdim edilib, habelə Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirə zamanı Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb, icra prosesində müşahidə olunan əsas çətinliklər və onların aradan qaldırılması üçün görülməli olan tədbirlər qeyd olunub.

Müzakirənin nəticəsinə uyğun olaraq Dövlət Proqramının icrasının səmərəliliyinin daha da artırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Mayın 24-də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı iclas keçirilib.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinləri və digər məsul şəxslərin iştirak etdiyi iclasda Dövlət Proqramının 2023-cü il üzrə monitorinqinə və 2024-cü ildə yerinə yetirilmiş işlərin cari vəziyyətinə dair hesabatlar təqdim edilib, habelə Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının layihəsinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirə zamanı Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb, icra prosesində müşahidə olunan əsas çətinliklər və onların aradan qaldırılması üçün görülməli olan tədbirlər qeyd olunub.

Müzakirənin nəticəsinə uyğun olaraq Dövlət Proqramının icrasının səmərəliyinin daha da artırılması ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Related posts

Qızıl 4 gündür bahalaşır: Trampın “İran” açıqlaması bazarları hərəkətə gətirdi!

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Almaniyada inflyasiya yenidən artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı