Naxçıvan və İran gömrük xidməti nümayəndələrinin görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında müştərək görüş keçirilib. Şahtaxtı Gömrük İdarəsində təşkil olunan görüşdə İranın Yol təşkilatının nümayəndələri də iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli Azərbaycan və İran arasında tarixi-mədəni əlaqələrin, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci ilin sonunda Tehrana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Muxtar respublikada gömrük və yol infrastrukturunun müasir şəkildə qurulduğunu, bütün sahələrdə inkişafın təmin olunduğunu qeyd edən Komitə sədri Naxçıvanın tranzit potensialını önə çəkib. Gömrük xidməti nümayəndələri arasında vaxtaşırı keçirilən görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi vurğulanıb.

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır