Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvan və daha 5 regionda DOST mərkəzləri üçün tikinti işləri aparılır - BBN

Naxçıvan və daha 5 regionda DOST mərkəzləri üçün tikinti işləri aparılır

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması məqsədilə layihələndirmə və təmir-tikinti işləri davam etdirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında məlumat verilib.

İclasda çıxış edən Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən indiyədək Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında 7 DOST Mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST konsepsiyası sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və tam şəffaf mexanizmlərlə təqdim edilməsinə imkan yaradır. Bu günədək DOST mərkəzlərində 4 milyondan çox vətəndaşa xidmət göstərildiyi, vətəndaş məmnunluğunun isə 98,7 faiz təşkil etdiyi vurğulanıb.

Bildirilib ki, gələcəkdə Azərbaycanın bütün bölgələrinin DOST xidmətləri ilə əhatə olunması nəzərdə tutulur.

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qurumun 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edib, strateji hədəflər və prioritet istiqamətlər müzakirə olunub.

Related posts

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Qızıl Yenidən Rekord Həddə: İranla Gərginlik Qiymətləri 5 000 Dolların Üzərinə Qaldırdı

Azərbaycanda nağdsız ödənişlərin həcmi 100 milyard manata yaxınlaşdı – Statistika

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı