Naxçıvanda əhalinin gəlirləri artıb

2017-ci ilin yanvar-iyun ayları ərzində Naxçıvanda əhalinin gəlirləri 819 988 100 manat olub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çoxdur. Gəlirlərin  hər bir nəfərə düşən həcmi isə 1822,6 manata çatıb.

Cari ilin yanvar-iyun aylarında muxtar respublikada 1302 yeni iş yeri yaradılıb ki, bunun da 1273-ü və ya 97,8 %-i daimi iş yerləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır