Naxçıvanda əməkhaqqı artıb

Sənayedə aparılan mühüm tədbirlər məhsul istehsalının artımına müsbət təsir göstərib, 2016-cı ildə muxtar respublikada 942 milyon manatdan artıq həcmdə sənaye məhsulu istehsalı qeydə alınıb. 2016-cı ildə istehsal olunan sənaye məhsulunun həcmi 2000-ci illə müqayisədə 69 dəfə artıb. 2016-cı ildə istehsal edilmiş sənaye məhsulunun 95,4 %-i emal sənayesinin payına düşüb.

Sənayenin dinamik inkişafı bu sektorda işləyən işçilərin say tərkibinin artımına da ciddi təsir göstərib. Belə ki, 2016-cı ildə sənaye sektorunda 15987 nəfər işçi çalışıb ki, bu da 2004-cü ildəki müvafiq göstəricidən 5 dəfə çoxdur. Bu dövr ərzində sənaye sahəsində bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 2004-cü ilə nisbətən 4 dəfə artaraq 2016-cı ildə 370,8 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır