Naxçıvanda 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulub

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının 16 dövlət qurumun elektron informasiya resursları “AzStateNet” şəbəkəsinə köçürülüb.

BBN.az bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Həmin qurumlar “AzStateNet” şəbəkəsinə qoşulmaq üçün xüsusi transmissiya avadanlıqları ilə təmin olunub.

Məlumata görə, Muxtar Respublika ərazisindən “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikanın digər bölgələrindən “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Naxçıvan şəhərində və Muxtar Respublika ərazisində olan dövlət orqanlarının “AzStateNet” şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.

Related posts

Növbəti hərraclarda 9 nəqliyyat vasitəsi satılıb

AİB Azərbaycanda ilk dəfə dövlət sektoruna kredit ayırıb

“Alibaba” şirkəti Cənubi Koreya ilə razılığa gələcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı