Naxçıvan Muxtar Respublikasında oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,8 faiz artaraq 14.283 olub.
BBN.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 26,7 faiz artaraq 384 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 14,6 faiz artaraq 5.105-ə çatıb.