Naxçıvanda dövlət satınalmaları ilə bağlı təlim keçirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi dövlət satınalan təşkilatları və sahibkarlar üçün 3 günlük təlimlər keçirir.

Təlimlərdə Muxtar Respublikada fəaliyyət göstərən dövlət satınalan təşkilatların 100-ə yaxın əməkdaşı iştirak edir. İştirakçılar dövlət satınalmalarının planlaşdırılması və təşkili metodları, tender təkliflərinin qiymətləndirilməsi, satınalma müqavilələrinin bağlanması və digər mövzular üzrə məlumatlandırılır. Təlimin sonuncu günündə sahibkarlıq subyektləri üçün dövlət satınalmalarında iştirak qaydaları, tender təkliflərinin hazırlanması və digər mövzular üzrə təlim təşkil olunacaq.

Qeyd edək ki, tədbirin məqsədi dövlət satınalan təşkilatları tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarına riayət olunması və sahibkarlıq subyektlərinin dövlət satınalmalarında fəal iştirakının təmin edilməsidir.

Bu cür tədbirlərin mütəmadi təşkili nəzərdə tutulur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı