Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb - BBN

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

2024-cü il ərzində Naxçıvanda vergi orqanlarına ümumilikdə 1.865 müraciət daxil olub ki, onların da 87,9 faizini ərizələr, 12,1 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 98,4 faizinin baxılması 2024-cü il ərzində başa çatdırılıb, 1,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,1 faizi həll olunub, 2,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Ötən il Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 153 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı