Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda ilk dəfə “Gələcəyin Peşələri Sammiti” keçirilib - BBN

Naxçıvanda ilk dəfə “Gələcəyin Peşələri Sammiti” keçirilib

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda “Gələcəyin Peşələri Sammiti” təşkil olunub.

tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə baş tutub.

“Gələcəyə tərəf” devizi altında keçirilən sammitdə rəsmi şəxslər, özəl sektor nümayəndələri, yerli və xarici karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri və inkişaf mentorları iştirak ediblər.

Tədbirin məqsədi əmək bazarında yeni peşə və bacarıqlara artan tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar müstəvidə müzakirə etmək, həmçinin təhsil və məşğulluq sahəsindəki çağırışları nəzərə alaraq gələcək əmək bazarına hazırlığı dəstəkləməkdir.

Sammitdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov çıxış ediblər.

Tədbir “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi ilə davam edib.

Related posts

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mərkəzi Bank tədiyyə balansının 2025-ci ilin yekunlarına dair hesabatlarının təqdimatını edib

İranla bağlı müharibə fonunda dollar güclənir, qlobal bazarlarda risk artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı