Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 52 mindən çox xidmət göstərilib - BBN

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 52 mindən çox xidmət göstərilib

2025-ci ilin yanvar – oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 38.533 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52.591 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Ümumi xidmətlərin 86 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar – oktyabr aylarında vergi ödəyicilərinə 666.001 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövvr ərzində vergi ödəyiciləri ilə 97 görüş keçirilib, 415 sayda ünvanlı xidmət göstərilib.

Yanvar – oktyabr ayları ərzində 3.092 müraciət üzrə 5.523 Asan İmza sertifikatı verilib.

Related posts

Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb

Azərbaycanda manatın məzənnəsi 2028-ci ilə qədər sabit qalacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı