Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb - BBN

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 fevral 2024-cü il tarixədək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 2.940 ədəd olub. Cari ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və ya 5,1 dəfə çoxdur.

1 fevral 2024-cü il tarixə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb.  Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Güclü dollar qızılı təzyiq altında saxlayır: qiymətlər həftəlik enişə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı