Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək - BBN

Nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov yanvarın 24-də, saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzində Nefçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.  

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Nefçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.   

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı