Nazir Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkib

Bölgələrdə yeni yaradılmış kənd təsərrüfatı infrastrukturunun, nazirliyin balansında olan müəssisələrin fəaliyyəti daim diqqət mərkəzindədir. Müxtəlif bölgələrdə fəaliyyət göstərən toxum və pambıq emalı zavodlarında, tingçilik mərkəzlərində sertifikatlaşdırılmış toxum və ting istehsalı, xam pambığın emalı həyata keçirilir. Bu müəssisələr xüsusilə toxumçuluq, tingçilik və kənd təsərrüfatı məhsullarının emalı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan rayonunda Aqrar Xidmətlər Agentliyinin Cəngi pestisidlər poliqonunun fəaliyyəti ilə tanış olub, Qobustan toxum emalı zavoduna, Şamaxı üzüm tingçilik mərkəzinə, Ucar pambıq emalı zavoduna baş çəkib, müəssisələrin fəaliyyəti ilə maraqlanıb. Nazirə bu müəssisələrdə toxum emalı, ting istehsalı, pambığın ilkin emalı və mahlıc istehsalı barədə geniş məlumat verilib. Görüşlərdə müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması, istehsal gücünün artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Related posts

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Budapeştdə Azərbaycan və Macarıstan kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

Azərbaycan və Niderland kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı