Nazir müavini Anar Kərimov Qusar rayonunda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov oktyabrın 8-də Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 27 sentyabr – 03 oktyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Related posts

Bank VTB (Azərbaycan) ASC ATM qoruyucu örtük və papaq (işıqlı qutu) istehsalı üçün AÇIQ TENDER ELAN EDİR

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə olunub

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Risklərin təhlili” işçi qrupunun növbəti iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı