Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir müavini Fərid Əhmədov Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb - BBN

Nazir müavini Fərid Əhmədov Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. Texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir.

Səfər çərçivəsində nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov ilə görüşüb.

Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.

Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı