Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir müavini: Qeyri-neft-qaz sektoru üzrə ÜDM 9,7 faiz artıb - BBN

Nazir müavini: Qeyri-neft-qaz sektoru üzrə ÜDM 9,7 faiz artıb

Ötən dövr ərzində qlobal geosiyasi gərginliyin davam etməsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya riskləri daha da artıb. Bütün bunlara baxmayaraq, cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatında yüksək artım dinamikası davam edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM 5,2 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 9,7 faiz artıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dekabrın 7-də “Azərbaycan Yaşıl inkişafa doğru” hesabatının təqdimat mərasimində deyib.

Nazir müavini bildirib ki, on ayda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,8 milyard manat və ya ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çox vəsait yönəldilib. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının uğurla reallaşdırılması istiqamətində tədbirlər nəticəsində cari ilin on ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi 46,3 milyard ABŞ dolları təşkil edib, o cümlədən 23,1 milyard ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranıb. Qeyri-neft-qaz ixracı 16,2 faiz artaraq 2,4 milyard ABŞ dolları olub.

AZƏRTAC

Related posts

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Yaponiya iqtisadiyyatı IV rübdə gözləntilərdən xeyli zəif artdı

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı