Nazir Rəşad Nəbiyev Saatlı şəhərində vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 5 dekabrda Saatlı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

İmişli, Sabirabad və Saatlı rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Related posts

Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanmışdır

Serbiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

“Energetika sektorunda kibertəhlükəsizlik” mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı